Nazim Süleymanov proqnoz verdi
11.09.2009 - 12:34
Nazim Süleymanov proqnoz verdi
“Təəssüf ki, Rusiya yığmasının Uelslə oyunu izləyə bilmədim. Həmin vaxt bütün diqqətimi milli komandamızın Almaniya ilə canlı yayımına yönəltmişdim. Ancaq Kardiffə hesabın necə dəyişməsindən xəbərim var idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nazim Süleymanov deyib.

Uzun müddət milli komandamızda kapitan sarğısını daşıyan 44 yaşlı veteran futbolçu hazırda 21 yaşlılardan ibarət yığmamızda məşqçi kimi çalışır. Süleymanovun sözlərinə görə, Rusiya yığmasının Uelslə səfərdə keçirdiyi son rəsmi oyunda qələbəyə əmin imiş: “Hətta meydan sahibləri hesabı bərabərləşdirəndən sonra da rusların qələbəsinə şübhə etmirdim. Hərçənd sonradan bildim ki, bu, heç də asan əldə edilməyib. Baxmayaraq ki, hesab başqa fikir yarada bilər”.

Rusiya və Almaniya arasında oktyabrın 10-da Moskvada keçiriləcək vacib oyununa proqnoz verən məşqçimiz meydan sahiblərinə üstünlük verib: “Almanlarım milli komandamızı böyük hesabla məğlub etməsi yanlış fikir yaratmamalıdır. Azərbaycan bir futbolçusu meydandan qovulana qədər kifayət qədər layiqli oynayırdı. Hesab edirəm ki, “Lujniki” stadionunda keçiriləcək görüşdə Rusiya Almaniyaya qalib gələcək”.

Qeyd edək ki, milli komandamızı evdə 4:0 hesabı ilə yenən almanlar son üç qolu kapitanımız Samir Abbasov ikinci hissəsində əvvəlində meydandan qovulandan sonra vurub.
0