21 günlük fasilə bitdi: “Bakı” və “Qarabağ” mövsümə IV turdan başlayır
11.09.2009 - 13:13
Azərbaycan Premyer Liqasında yaranan 21 günlük fasilə başa çatır. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək 3 görüşlə çempionatda mübarizə yenidən öz axarı ilə davam edəcək. Milli komandamızın Finlandiya və Almaniya ilə rəsmi oyunları ilə əlaqədar III turun təxirə salınması fasilənin belə uzun müddətli olması ilə nəticələndi.
Sözsüz ki, IV turun əsas diqqət çəkən məqamlarından ötən mövsümün titulçuları - “Bakı” və “Qarabağ”ın yeni mövsümə başlamasıdır. Məlum olduğu kimi, bakılılar Azərbaycan çempionluğunu, Ağdam təmsilçisi isə ölkə kubokunu qazanıb. “Bakı” və “Qarabağ”ın avrokuboklarda görüşləri ilə əlaqədar ilk 2 turda oyunları təxirə salındı.
“Bakı” üçün “Simurq”la ötən mövsümkü görüş nə qədər çətin alınsa da, hər halda, uğurlu oldu. Təsadüfi deyil ki, makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı komanda son dəqiqlərdə vurduğu qolla vacib qələbəni qopardı və demək olar çempionluğunun taleyini həll etdi. Yəni, liderliyi qaytaran “Bakı”nın qızıl medallar qazanması artıq özündən asılı idi və son 2 turda qazanılan qələbələr buna imkan verdi.
Ötən mövsümün bürünc mükafatçısı olan “Simurq”un cari mövsümə uğursuz başladığını nəzərə alsaq, qələbə çempiondan heç də az əhəmiyyətli deyil.
Sözsüz ki, turnir cədvəli baxımından turun mərkəzi görüşü Bakıxanov qəsəbə stadionunda keçiriləcək. İsmət Qayıbovun adını daşıyan bu arenada turnir cədvəlində ilk iki pilləni tutanlar - “Neftçi” ilə “Muğan” görüşəcək. Bosniyalı mütəxəssis Kemal Alispahiçin gəlişindən sonra uğurla çıxış edən Salyan təmsilçisi flaqman kimi hələ məğlubiyyət acısı dadmayıb. “Neftçi” ilə görüş öncəsi iddialı açıqlamalar verən Alispahiç “Neftçi” kimi köklü klubdan qorxmadıqlarını, meydana yalnız qələbə qazanmaq üçün çıxacaqlarını bəyan edib. Ötən mövsümkü uğursuzluğun əvəzini çıxmaq iddiasında olan “ağ-qaralar” “Muğan”ı yenməklə, həm rəqibindən aralanmaq, həm də liderliyinin möhkəmlətmək imkanı qazanacaq.
“Karvan” üçün “Qəbələ” ilə ev oyunu baş məşqçinin yubileyini keçirəcəyi baxımından əlamətdar olacaq. Yunis Hüseynov çalışdırdığı Yevlax klubunun sükanı arxasında 150-ci görüşə çıxacaq. “Xəzər-Lənkəran” – “Turan” oyunu baş məşqçilərin qarşıdurması baxımından maraq doğurur. Belə ki, uzun fasilədən “Turan”ın sükanı arxasına qayıdan Nizami Sadıqov təcrübəli həmkarı, müəllimi sayıla bilən Ağasəlim Mircavadov qarşısında imtahan verəcək. Sadıqov futbolçu karyerası dövründə yığmada Mircavadovun rəhbərliyi altında oynayıb, “Neftçi”də köməkçisi olub.
IV tur
12 sentyabr
17:00. “Karvan” – “Qəbələ”
Baş hakim: Əfqan Həmzəyev
Hakim-köməkçiləri: Azər Məmmədov, İlham Əliyev, Rasim Məmmədov
Yevlax. Şəhər stadionu
18:00. “Xəzər-Lənkəran” – “Turan”
Baş hakim: Əliyar Ağayev
Hakim-köməkçiləri: Mehman Mahmudov, Ramiz Əsədov, Elvin Əsgərov
Lənkəran. Mərkəzi stadion
18:00. “Bakı” – “Simurq”
Baş hakim: Fariz Yusifov
Hakim-köməkçiləri: Elman Musayev, Mübariz Haşımov, Zöhrab Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
13 sentyabr
17:00. “Neftçi” – “Muğan”
Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: Orxan Məmmədov, Samir Hacıyev, Elçin Səmədli
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
17:15. “Qarabağ” – “Standard”
Baş hakim: Elçin Məmmədov
Hakim-köməkçiləri: Emil İsgəndərov, Habil Əliyev, Əmrah İbrahimov
Ağdam. Quzanlı qəsəbə stadionu
18:00. “İnter” – “Olimpik-Şüvəlan”
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, Aydın Ələkbərov, Feyzulla Feyzullayev
Bakı. “Şəfa” stadionu
Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 2.

N | Komandalar | O | Q | H | M | T | X |
1 | "Neftçi" | 2 | 2 | 0 | 0 | 3-0 | 6 |
2 | "Muğan" | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
3 | "Qəbələ" | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
4 | "Xəzər-Lənkəran" | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
5 | "Olimpik-Şüvəlan" | 2 | 1 | 0 | 1 | 3-3 | 3 |
6 | "İnter" | 2 | 1 | 0 | 1 | 1-1 | 3 |
7 | "Simurq" | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
8 | "Standard" | 1 | 0 | 0 | 1 | 0-1 | 0 |
9 | "Karvan" | 2 | 0 | 0 | 2 | 2-4 | 0 |
10 | "Turan" | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
11 | "Bakı" | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |
12 | "Qarabağ" | 0 | 0 | 0 | 0 | 0-0 | 0 |

0
0