Semşov üçün Azərbaycanla oyun ikinci dərəcəlidir
11.09.2009 - 13:38
Rusiya milli komandasının yarımmüdafiəçisi İqor Semşov Azərbaycan yığması ilə oyuna ciddi yanaşmır. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqun “Zenit” klubunda çıxış edən orta sahə oyunçusunu indi daha çox Almaniya ilə oktyabrın 10-da Moskvadakı görüş maraqlandırır.
Bundan dörd gün sonra Bakıya gələcək ruslar 2010-cu il dünya çempionatının son oyununu milli komandamızla keçirəcək. Uelslə son səfər oyununda vurduğu qolla qələbədə (3:1) rolu olan Semşov hələ ki Azərbaycandakı görüş haqda düşünmək istəmir: “Almaniya ilə oyunda ən yaxşı keyfiyyətlərimizi göstərməliyik. Bu, bizdə var və vahid kollektiv olmalıyıq. Onu da nəzərə almalıyıq ki, bu, ilin oyunu olacaq. Yəqin ki, qrupda kimin 1-ci yeri tutmasını həmin görüş müəyyənləşdirəcək. Əlbəttə, hələ Azərbaycanla da oyunumuz var. Ancaq bu, sonra olacaq. İndiki məqamda bu, əsasdır. Rəqibləri bir səviyyədə ölçmək olmaz. Komandaların oyun üslubu fərqlidir. Yəqin ki, Almaniya yığması dünya futbolunun flaqmanıdır”.
Qeyd edək ki, Semşov ötən yay Rusiya yığmasının heyətində Avropa çempionatının bürünc medalını qazanıb.

0
0