Bekkenbauer ad günündə Azərbaycanı yada saldı
11.09.2009 - 14:11
Dünya futbolunun məşhur simalarından sayılan almaniyalı Frants Bekkenbauer ad günündə Azərbaycanı yada salıb. Apasport.az saytının məlumatına görə, bu gün 64 yaşı tamam olan veteran futbolçu Almaniya yığmasının Azərbaycanla son rəsmi oyununa toxunub.
Bekkenbauer Hannover şəhərində keçirilən görüşdə həm böyük hesablı qələbədən (4:0), həm də oyundan razı qalıb: “Milli komandamız həmin görüşdə yaxşı oyun göstərdi. Almaniyanın Azərbaycana qarşı oyununu yüksək qiymətləndirirəm. Filipp Lamın çıxışını xüsusilə qeyd edərdim. Onu dünyada ən yaxşı sol cinah müdafiəçisi sayıram”.
Qeyd edək ki, Bekkenbauer 1990-cı ildə Almaniya milli komandasını dünya çempionu edəndən sonra baş məşqçisi postunu həmyerlisi, hazırda yığmamızı çalışdıran Berti Foqtsa təhvil verib.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0