“Neftçi” klubunda itki
11.09.2009 - 15:15
“Neftçi” klubunda itki
“Neftçi” Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində Salyanın “Muğan” klubu ilə sentyabrın 13-də keçiriləcək ev oyununa itkilərlə çıxacaq. Flaqmanın baş məşqçisi Böyükağa Ağayev apasport.az saytına açıqlamasında milli komandamızın da üzvü olan müdafiəçi Rail Məlikov, rumıniyalı yarımmüdafiəçi Marius Aliuta və braziliyalı hücumçu Joze Karlosun zədə üzündən görüşdə meydana çıxmayacaqlarını bildirib.

Ancaq bundan üzülməyən təcrübəli mütəxəssis zədəliləri əvəzləyəcək futbolçulara güvənir: “Marius Aliuta, Rail Məlikov, Joze Karlos zədəli olduqlarına görə kənarda qalıblar. Ancaq fikrimcə, onların yoxluğu gərək problem yaratmasın. Çünki bizdə hər mövqeyə iki futbolçu var ki, bu da vacib amildir. Yəni, ehtiyat qüvvəmiz və onlar zədəliləri layiqincə əvəzləməlidirlər. Bizim üçün uğursuz alınan ötən mövsümdən sonra etdiyimiz transferlə geniş heyətə malikik. Hər halda, mövsüm hələ qabaqdadır və çox oyunlarımızın olacağını nəzərə alsaq, bütün futbolçuların hazır olması lazımdır. Zədəlilər gərək sağlam olsun ki, bizə uzun marafonda kömək edə bilsinlər”.
0