Azarkeşlər seçim qarşısında: Ya “Qarabağ”, ya...
11.09.2009 - 15:23
Futbol azarkeşləri Azərbaycan Premyer Liqasının IV turunun 2 oyununu televiziya vasitəsilə canlı və bütöv izləyə bilərlər. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, çempionatın yayım hüququna malik AzTV və “İdman-Azərbaycan” kanalları turun 3 görüşünü canlı yayımlayacaq.
Lakin azarkeşlər seçim qarşısında qalıb, bu qarşılaşmalardan birini “qurban” verməli olacaqlar. Buna səbəb bazar gün baş tutacaq görüşlərdir. AzTV sabah saat 18:00-dan etibarən paytaxtda keçiriləcək "Bakı" - "Simurq" matçını göstərəcək. Ertəsi gün isə saat 17:00-dan başlayaraq paytaxtda oynanılan "Neftçi" - "Muğan" qarşılaşmasını “İdman-Azərbaycan” yayımlayacaq. 15 dəqiqə sonra Ağdamın Quzanlı qəsəbəsində "Qarabağ" - "Standard" matçı isə AzTV kanalı ilə göstəriləcək. Bu səbəbdən futbolsevərlər bu iki matçdan yalnız birini tam izləyə biləcəklər.

0
0