Görüş saatı və yerini dəyişmək olmaz
11.09.2009 - 16:22
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti oyununun vaxtı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yığmamızın öz meydanında keçirəcəyi ikinci oyun da saat 19:00-da başlayacaq. Avstriya milli komandası ilə oktyabrın 10-da keçiriləcək qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Millimiz öz meydanında keçirdiyi ilk qarşılaşmanı da eyni stadionda və eyni saatda, lakin sentyabrın 9-da Belarusa qarşı keçirmişdi.
Qeyd edək ki, 2011-ci ildə keçiriləcək yarışın seçmə oyunlarında ümumilikdə üçüncü qarşılaşmasına çıxacaq komandamız ilk iki matçında məğlub olub.
Qeyd edək ki, 2011-ci ildə keçiriləcək yarışın seçmə oyunlarında ümumilikdə üçüncü qarşılaşmasına çıxacaq komandamız ilk iki matçında məğlub olub.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0