Azərbaycan Premyer Liqasına sponsor tapıldı - EKSKLÜZİV
11.09.2009 - 23:37
Azərbaycan Premyer Liqasına sponsor tapıldı - EKSKLÜZİV
2007/08 mövsümünün ikinci yarısından etibarən Premyer Liqaya çevrilən Azərbaycan çempionatı bundan sonra başqa cür adlandırılacaq. Apasport.az saytının məlumatına görə, ölkə çempionatı üçün sponsor axtarışları bəhrəsini verib.

Belə ki, Unibank Premyer Liqaya sponsorluq etmək niyyətindədir. Bununla əlaqədar, bank rəhbərliyinin Peşəkar Futbol Liqası ilə apardığı danışıqların müsbət nəticə verəcəyi gözlənilir. Ardından turnirin “Unibank Premyer Liqa” adlandırılmaq variantı daha inandırıcı görünür. Tərəflərin ilk dövrənin sonunadək rəsmiləşəcəyi mümkündür.

Qeyd edək ki, çempionatın sponsorun adını daşıması praktikası dünyada geniş yayılıb. Məsələn, İngiltərədə Barclays Premyer Liqa, Türkiyədə Türkcell Superliqa, Avstraliya Hyundai A Liqa və digər çempionatlar mövcuddur.
0