Hansı azərbaycanlı futbolçu “donuz qripi”nə yoluxa bilər? - FOTO
11.09.2009 - 18:43
Hansı azərbaycanlı futbolçu “donuz qripi”nə yoluxa bilər? - FOTO
Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiçin çıxış etdiyi Çin Superliqasında “donuz qripi” aşkarlanıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı “milliləşən” serbiyalı futbolçunun oynadığı “Çanqçun Yatay”ın rəqiblərindən sayılan “Çoncin Lifan” klubunun 11 futbolçusunda bu qorxulu xəstəliyin virusu tapılıb.

“Çoncin Lifan”ın tanınmış hollandiyalı baş məşqçisi Ari Haan və futbolçular komandanın bazasında karantinə bağlanıb. Əgər daha heç kim qripə yoluxmursa, bu zaman karantin adətən bir həftəyə bitir. Çinin futbol dairələri xoşagəlməz olayla əlaqədar, Superliqada oyunları təxirə salmağı planlaşdırır. Ölkənin futbol federasiyası “donuz qripi”nin Superliqada yayılmaması üçün mümkün variantları nəzərdən keçirir. Hətta mövsümün qalan hissəsinin təxir salınması da götür-qoy edilir. 1,3 milyard əhalisi olan Çində 6968 nəfər bu virusa yoluxsa da, hələlik ölən yoxdur.

Qeyd edək ki, Ari Haan ötən ilin noyabrında Albaniya milli komandasının baş məşqçisi qismində ölkəmizə gəlib. Yığmamızla Tofiq Bəhramov adına Respublika stadionunda 1:1 hesabı ilə nəticələnən yoldaşlıq görüşündə Haanın komandasını məhz Subaşiç ilk hissədə vurduğu qolla cəzalandırıb.
0