“Bakı” komandası “Barselona”nın yolu ilə gedəcək
12.09.2009 - 10:29
“Bakı” klubu ilə İspaniya “Barselona”sı arasında dostluq münasibətləri genişlənməkdədir. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisinin vitse-prezidenti Tunc Avşar Avropa Çempionlar Liqasının son qalibinin düşərgəsinə səfər etməyi planlaşdırır. Bu səfərin məqsədi dünyanın ən güclü klublarından biri olan Kataloniya təmsilçisinin uşaq futbol məktəblərinin infrastrukturu ilə tanışlıq və bu haqda məlumat toplanmasıdır.
Avşar məsələ ilə bağlı “Barselona” prezidenti Xuan Laportanın da razılığını alıb. İsveçrənin Cenevrə şəhərində keçirilən Avropa Klublar Birliyinin (ECA) toplantısında Laporta ilə görüşən “Bakı”nın vitse-prezidenti Barselonaya səfərlə bağlı həmin vaxt ortaq məxrəcə gəlib.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0