Yığma futbolçusunun pasportu itib
12.09.2009 - 11:05
Argentina milli komandasının üzvü Datolonun pasportu itib. Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası əməkdaşlarının səhlənkarlığı üzündən baş verən hadisə yarımmüdafiəçinin çıxış etdiyi klubun düşərgəsinə yollanmasına əngəl yaradıb.
İtaliyanın “Napoli” klubunun şərəfini qoruyan Datolo ən yaxşı halda, bu gün Apennin yarımadasına qayıda bilər. Hələ iki gün əvvəl İtaliyaya dönməli olan futbolçuya yeni pasportun verilməsi üçün federasiya rəsmiləri əllərindən gələni etməyə çalışırlar. Neapol təmsilçisi sabah “Cenoa”nın qonağı olacaq. Elə buna görə də Datolo İtaliyaya gələcəyi təqdirdə, birbaşa Genuya şəhərinə yollanacaq. Belə vəziyyətdə isə o bu həftə keçiriləcək turu buraxmalı olacaq. Çünki baş məşqçi Roberto Donadoninin düşərgəyə son anda qatılacaq oyunçunu birbaşa meydana buraxacağı mümkünsüz görünür.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0