“Bu, min sözə dəyər!”
12.09.2009 - 13:51
Argentina milli komandasının Braziliya və Paraqvay yığmalarına uduzması yerli azarkeşlərin futbol assosiasiyasına hücum çəkməsinə gətirib çıxarıb. Apasport.az-ın məlumatına görə, fanatlar qurumun binasını deyil, onun rəsmi saytını ələ keçirib. Yığmanın məğlubiyyətlərini həzm edə bilməyən xaker-azarkeşlər saytın üz səhifəsinə bir şəkil yerləşdirməklə, milli komandanın baş məşqçisi, əfsanəvi Dieqo Maradonaya münasibətlərini bildirib. Onlar vaxtilə pərəstiş etdikləri ulduzu argentinalılar üçün ən ağır təhqir sayılan bir hala salıb. Şəkildə Maradona əbədi rəqib Braziliya yığmasının formasında əks olunub. Bu isə istənilən argentinalı üçün qəbul olunmaz bir şeydir. Azarkeşlər bu şəklə şərh də verməyi lazım bilib: “Bu, min sözə dəyər!”.
- Portuqaliya-Kolumbiya: Matçın ən yaxşı oyunçusu qapıçı oldu
- DÇ-2026: 1/16-da növbəti matç: Belçika-Seneqal
- Kolumbiya - Qana: DÇ-2026-da daha bir 1/16 final cütü bəlli oldu
- Messi - Ronaldo dueli təxirə düşdü - Yalnız finalda üz-üzə gələ bilərlər
- Cənubi Koreya üçün DÇ-2026 bitdi - Pley-off şansını itirdi
0
0