Sürprizlərlə bol tur: “Muğan” lider oldu
13.09.2009 - 19:20
Azərbaycan Premyer Liqasının IV turu sürprizlərlə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, liderlərin büdrədiyi hesabat turunda Salyanın “Muğan” klubu tarixində ilk dəfə zirvəyə yüksəldi.
İkinci mövsümdür güclülər dəstəsinə qatılan Salyan təmsilçisi buna “Neftçi” üzərində səfərdə qazandığı qələbə sayəsində nail olub. Çempionluğa iddialı “Bakı”, “Xəzər-Lənkəran”, “İnter” də evdə qələbə üzünə həsrət qaldı. Son ölkə çempionu “Bakı” yeni mövsümə məğlubiyyətlə başladısa, “Xəzər-Lənkəran”la “İnter”lə sonda bundan qurtularaq, heç-heçə ilə kifayətlənməli oldu.
Azərbaycan kubokunun son qalibi olan “Qarabağ” yeni mövsümə Ağdamda qələbə ilə başladı. Yunis Hüseynov “Karvan”ın baş məşqçisi kimi yubiley – 150-ci oyununu böyük hesablı qələbə (4:1) ilə qeyd etdi.
IV tur
13 sentyabr
17:00. “Neftçi” – “Muğan” - 0:2
QOLLAR: Vüsal Hüseynov, 39; Adis Çulov, 42
Baş hakim: Vüsal Əliyev
Hakim-köməkçiləri: Orxan Məmmədov, Samir Hacıyev, Elçin Səmədli
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
17:15. “Qarabağ” – “Standard” - 1:0
QOL: Vaqif Cavadov, 26
Baş hakim: Elçin Məmmədov
Hakim-köməkçiləri: Emil İsgəndərov, Habil Əliyev, Əmrah İbrahimov
Ağdam. Quzanlı qəsəbə stadionu
18:00. “İnter” – “Olimpik-Şüvəlan” - 2:2
QOLLAR: Girt Karlsons, 79; Andrey Rubins, 84 - Roman Qoqniaşvili, 7; Anatoli Doroş, 51
Baş hakim: Anar Salmanov
Hakim-köməkçiləri: Azər Əsgərov, Aydın Ələkbərov, Feyzulla Feyzullayev
Bakı. “Şəfa” stadionu
12 sentyabr
17:00. “Karvan” – “Qəbələ”- 4:1
QOLLAR: Leandro Qomeş, 15; İsmayıl Məmmədov, 17; Ernani Pereyra, 62; Dövlətmurad Atayev, 90+2 - Lyuba Baranin, 65
Baş hakim: Əfqan Həmzəyev
Hakim-köməkçiləri: Azər Məmmədov, İlham Əliyev, Rasim Məmmədov
Yevlax. Şəhər stadionu
Hesabı Yakuba Bambanın ötürməsindən sonra Leandro Qomeş açır. Bundan az sonra İsmayıl Məmmədov təxminən 50-55 metrdən, meydanın özlərinə aid hissəsindən topu birbaşa qapıya göndərir. İkinci hissənin əvvəlində Pereyra komandasının üçüncü qolunu vurur. Amma yevlaxlılar az sonra qapısından top buraxır. Qonaqların heyətində Baranin fərqlənir. Qarşılaşmada son nöqtəni isə Yunis Hüseynovun komandası qoyur. Atayevin qolu ilə meydan sahibləri 4:1 hesablı qələbə qazanır.
Beləliklə, Yunis Hüseynov “Karvan”ın sükanı arxasında keçirdiyi 150-ci oyunu böyük hesablı qələbə ilə tərk edir. Bu, eyni zamanda yevlaxlıların mövsümdə keçirdiyi üçüncü qarşılaşmada ilk qələbəsi olur. Mövsümdə keçirdiyi ilk oyununu 3 xalla başa vuran “Qəbələ” isə ikinci matçında ağır məğlubiyyətlə üzləşir.
18:00. “Xəzər-Lənkəran” – “Turan” - 1:1
QOL: Denis Kalinkov, 75 - Muammer Ərdoğdu, 35
Baş hakim: Əliyar Ağayev
Hakim-köməkçiləri: Mehman Mahmudov, Ramiz Əsədov, Elvin Əsgərov
Lənkəran. Mərkəzi stadion
Oyun meydan sahiblərinin üstünlüyü ilə keçsə də, ilk qolu qonaqlar vurur. 35-ci dəqiqədə Muammer Ərdoğdunun vurduğu qolla Tovuz təmsilçisi hesabda önə çıxır. İkinci hissədə hücumlarının kəsərini artıran cənublular 75-ci dəqiqədə tarazlığı bərpa edirlər. Bərabərlik qolunun müəllifi Denis Kalinkov olur. Amma lənkəranlılar xal itkisindən qaça bilmir. Qonaqlar isə ilk xalını Lənkəranda qazanır
18:00. “Bakı” – “Simurq” - 1:2
QOLLAR: Aleksandr Şoliç, 64 - Elşən Məmmədov, 54; Ruslan Qonçak, 75
Baş hakim: Fariz Yusifov
Hakim-köməkçiləri: Elman Musayev, Mübariz Haşımov, Zöhrab Əliyev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Sağ cinahdan qapı qarşısına ötürülən topa hamıdan tez yetişən Elşən Məmmədov başla hesabı açır. Qoldan sonra daha çox müdafiəyə çəkilən Zaqatala təmsilçisi qapısında qol görür. 64-cü dəqiqədə 28 yaşlı xorvatiyalı legioner Soliç “Bakı”da, ümumiyyətlə, Azərbaycan çempionatında ilk qolunu vurur. Amma bakılılar qapısından daha bir top buraxır. 75-ci dəqiqədə Qonçak son çempionu oyuna mərkəzdən başlamağa məcbur edir. Az sonra isə meydan sahiblərinin heyətində Jaba sarı vərəqə ilə cəzalandırılır.
Oyun başa çatır. Son çempion mövsümə məğlubiyyətlə başlayır
Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 3.

N | Komandalar | O | Q | H | M | T | X |
1 | “Muğan” | 3 | 2 | 1 | 0 | 3-0 | 7 |
2 | "Neftçi" | 3 | 2 | 0 | 1 | 3-2 | 6 |
3 | "Xəzər-Lənkəran" | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
4 | "Olimpik-Şüvəlan" | 3 | 1 | 1 | 1 | 5-5 | 4 |
5 | "İnter" | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
6 | "Simurq" | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
7 | “Karvan” | 3 | 1 | 0 | 2 | 6-5 | 3 |
8 | "Qəbələ" | 2 | 1 | 0 | 1 | 3-5 | 3 |
9 | "Qarabağ" | 1 | 1 | 0 | 0 | 1-0 | 3 |
10 | "Turan" | 2 | 0 | 1 | 1 | 1-3 | 1 |
11 | "Bakı" | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
12 | "Standard" | 2 | 0 | 0 | 2 | 0-2 | 0 |

0
0