“Qələbə seriyasını davam etdirməyə çalışacağıq”
13.09.2009 - 08:32
“Oyuna çox yaxşı hazırlaşmışdıq. İlk 2 turda məğlub olduğumuz üçün qələbə bizim üçün önəmli idi. Digər tərəfdən, "Karvan"ın baş məşqçisi kimi 150-ci oyunuma çıxırdım. Yubiley matçımı qələbə ilə qeyd etməyi çox istəyirdim”. Apasport.az saytının məlumatına görə, bunu “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın IV turunda “Qəbələ” üzərində qazanılan 4:1 hesablı qələbədən sonra deyib.
Görüşdən sonra təşkil olunan mətbuat konfransında Hüseynov bildirib ki, futbolçuları verilən tapşırıqların öhdəsindən layiqincə gəliblər: “Uşaqlara təşəkkür edirəm. Bu cür gözəl oyun sərgilədilər. İndi bütün diqqətimizi növbəti oyunlara yönəldəcəyik. Qələbə seriyasını davam etdirməyə çalışacağıq”.

- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0