“Simurq”un məqsədi nədir?
14.09.2009 - 09:36
“Bakı" üzərində qələbə "Simurq"un özünə gəlməsi anlamını verməməlidir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın “Simurq” klubunun futbolçusu Aleksandr Malıgin deyib.
Komandasının kapitan sarğısını daşıyan ukraynalı legioner “Bakı” üzərindəki 2:1 hesablı qələbədən sonra klubun rəsmi internet saytına açıqlama verib. Malıgin zaqatalalıların nə dərəcədə iddialı olduğunu bildirib: “Çünki biz onsuz da normal oyun sərgiləyirdik. Sadəcə, ilk iki turda idman xoşbəxtliyi bizdən üz döndərmişdi. Bu qarşılaşmada isə istəyimizə çatdıq. Biz rəqibləri güclü və ya zəifə bölmürük. Yeganə istəyimiz hər oyunda qələbə qazanmaqdır. Qarşımızda konkret məqsəd var və o məqsədə çatmaq lazımdır. Başqa variant qəbul olunmur!"
Qeyd edək ki, 3 turdan sonra “Simurq”un 4 xalı var.

0
0