Azərbaycan yığmasının altıncı cəhdi
18.09.2009 - 14:01
Azərbaycan yığmasının altıncı cəhdi
Sabah 19 yaşadək qızlardan ibarət milli komandalar arasında növbəti Avropa çempionatının seçmə oyunlarının startı verilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığması sabah Bakıda başlayacaq X qrupun seçmə turnirində mübarizə aparacaq. Sabah İspaniya, iki gün sonra Ukrayna ilə görüşəcək Şamil Heydərovun yetirmələri son qarşılaşmasını sentyabrın 24-də Kiprə qarşı keçirəcək.

19 sentyabr
15:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Kipr - Ukrayna

18:00. Tofiq Bəhramov adına Respublika stadionu
İspaniya - Azərbaycan

21 sentyabr
15:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İspaniya – Kipr

18:00. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan - Ukrayna

24 sentyabr
16:00. Tofiq Bəhramov adına Respublika stadionu
Azərbaycan – Kipr

16:00. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Ukrayna – İspaniya

Yığmamız tarixində 6-cı dəfə qitə miqyasında iştirak edir. İndiyədək qatıldığı 5 Avropa çempionatının yalnız birinci mərhələ keçən millimiz bu müddətdə keçirdiyi 18 qarşılaşmada 6 qələbə qazanıb, 2 heç-heçə edib və 10 dəfə uduzub. Beş ildə 16 top vuran qızlarımız 61 dəfə topu öz qapısında görüb.

Qeyd edək ki, Azərbaycan yığması üçüncü dəfə birinci seçmə mərhələyə ev sahibliyi edir.

Azərbaycan yığması Avropa çempionatlarının seçmə mərhələlərində
2004/05 (oyunlar Litvada keçirilib)
28.09.2004 Danimarka 0:20
30.09.2004 Fransa 0:10
02.10.2004 Litva 2:1

2005/06
27.09.2005 Polşa 0:7
29.09.2005 Çexiya 0:3
01.10.2005 Sloveniya 0:1

2006/07 (Azərbaycan)
03.10.2006 Serbiya 0:2
05.10.2006 Danimarka 1:3
08.10.2006 Şimali İrlandiya 3:1

2007/08 (Ukrayna)
27.09.2007 Ukrayna 0:3
29.09.2007 Şotlandiya 0:3
02.10.2007 Ermənistan 2:2

2008/09 (Azərbaycan)
25.09.2008 Çexiya 2:1
27.09.2008 Finlandiya 1:0
30.09.2008 Şimali İrlandiya 1:0
(Portuqaliya)
23.04.2009 Portuqaliya 2:0
25.04.2009 Uels 2:2
28.04.2009 Fransa 0:2
0