Arif Əsədov: Bilirdik ki, rəqibin cinahları zəifdir
19.09.2009 - 22:34
Arif Əsədov: Bilirdik ki, rəqibin cinahları zəifdir
“İki fərqli hissə izlədik. Birinci hissədə tamamilə üstünlük bizim tərəfimizdə idi. Lakin fasilədən sonra oyunun gedişi dəyişdi”. Apasport.az saytının xəbərinə görə, bunu “Standard”la oyunsonrası mətbuat konfransında “Neftçi”nin məşqçisi Arif Əsədov deyib.

Gənc məşqçi qələbə qazanmalarının səbəbini belə izah edib: “Əsasən cinahlardan istifadə etdik. “Standard”ın “Qarabağ”la son oyununu izləmişdik. Bilirdik ki, rəqibin cinahları zəifdir. Buna görə də hücumlarımızı əsasən cinahlardan qururduq. Bu da öz bəhrəsini verdi. Son saniyələrdə olsa belə, qələbə qazandığımıza görə çox şadam”.
0