Nazim Məmmədov: Bu xəbərləri yayanlar...
25.09.2009 - 23:22
Bu ilin yayında dağılmaq təhlükəsi ilə üzləşən “Turan” klubu nəhayət, Premyer Liqanın 2009/10 mövsümündə də mübarizəyə qatıldı. Həmin vaxt komandanın yaşaması üçün ən çox əməyi keçənlərdən biri də millət vəkili Nazim Məmmədov oldu. Tovuzdan Milli Məclisə deputat seçilmiş Məmmədov doğma komandasının dağılmamasından ötrü müvafiq tədbirləri həyata keçirdi. Məhz onun təşəbbüsü sayəsində iş adamları, imkanlı şəxslər “Turan”a maddi yardım göstərdilər və klub çempionata qoşula bildi. Son vaxtlar Tovuzda baş verənlər haqda Nazim Məmmədov apasport.az saytına müsahibə verib.
- “Turan”da son vaxtlar nə baş verir?
- Komandada hər şey yaxşıdır. Mətbuatdan oxuduğuma görə, icraçı-direktor Tahir Süleymanov istefa verib və bunun səbəbini KİV-ə açıqlayıb. Hesab edirəm ki, bu istefa “Turan”da ümumi ab-havaya heç bir mənfi təsir göstərməyib və göstərməməlidir.
- Mövsümün əvvəlində klub kimin nəzarətində idi və onun sponsorları kim idi?
- Bizim əsas məqsədimiz qısa müddətdə komandanı formalaşdırmaq idi. Buna görə də qeyri-rəsmi olaraq, Musa Süleymanovdan “Turan”ın rəhbəri olmasını xahiş etdik.
- Lakin biz Musa Süleymanovla əlaqə saxladıq, o, komandaya aidiyyatı olmadığını və “Xəzər-Lənkəran”la matçdan sonra klubdan ayrıldığını bildirdi. Bunu stadionda təmir işlərinin aparmasının vacibliyi ilə izah etdi...
- Bildiyiniz kimi, “Turan”ın çempionata qatılması sual altında idi. Komanda dağılmışdı, rəhbərlik yox idi. Sağ olsun ki, Musa müəllim işi öz üzərinə götürdü və tezliklə komanda mütəşəkkil məşqlərə başladı. İndi isə o, klubdan ayrılıb. Mən əslən Tovuzdan olan bir sıra dövlət adamları ilə görüşdüm və onlardan “Turan”a dəstək olmalarını xahiş etdim. Sağ olsunlar ki, razı oldular və digər insanları da bu sahəyə cəlb etdilər. Sizə deyim ki, “Turan”ın gələcəyi haqda nikbin fikirdəyəm. İnanıram ki, komanda uğursuzluqları geridə qoyacaq və azarkeşlərinə qələbə sevinci yaşadacaq.
- Yayılan məlumatlara görə, bütün sponsorlar komandadan imtina ediblər və “Turan” Tovuz İcra Hakimiyyətinin nəzarətinə keçib. Bu xəbər nə dərəcədə həqiqətəuyğundur?
- Sponsorların imtinasından söhbət gedə bilməz. Çünki onların arasında mənimlə yanaşı, digər şəxslər də var. “Turan” klubunun təşkilati hüquqi forması səhmdar cəmiyyətə çevrilməsi ilə bağlı sənədləşdirmə işləri aparılır. İlkin variantda 16-18 nəfərin burada yer alacağı gözlənilirdi. Ola bilər ki, onların bir qismi fikirlərindən daşınıb. Amma mən klubla qalıram və mənim görüşdüyün insanlar komandaya dəstək olmaqda davam edirlər. Hesab edirəm ki, bu dezinformasiyaları yayanlar “Turan” klubundan çəkinən rəqiblərdir və bununla klubda ruh düşkünlüyü yaratmağa cəhd edənlərdir.
- Yəni, siz komandaya kömək edənlərin arasındasınız?
- Bəli. Lakin bu o demək deyil ki, biz mütəmadi, hər gün bu işlə maraqlanaq. “Turan”dakı cari məsələlərin həlli ilə prezident və İdarə Heyətinin seçdiyi icraçı-direktor məşğul olur. Tovuzun icra başçısı Tofiq Zeynalovun klubun prezidenti olması razılaşdırılıb və inanıram ki, o bu işin öhdəsindən gələcək.
- Bütün bunlar mövsüm başlamamış nəzərdə tutulmuşdu?
- Sponsorların, İdarə Heyəti üzvlərinin əksəriyyəti Bakıda yaşayanlardır. Prezidentin daima komandanın yanında olması məqsədəuyğun idi. Buna görə də təklif etdim ki, rayonun icra başçısı klubun prezidenti olsun.
- Deməli, buna etiraz etmirsiniz?
- Qeyri-rəsmi söhbətdə belə razılaşdıq ki, prezident vəzifəsini Tofiq müəllim tutsun. Ən azı indiki vəziyyətdə, komanda “relsə düşənədək” “Turan”a onun rəhbərlik etməsi lazımdır. Bir ildən sonra yenidən seçkilər keçirilər. O zaman Tofiq Zeynalov və ya başqası prezident olar. Bu gün Bakıda oturub, komandanı idarə etmək az səmərə vermiş olardı. Bu da strateji baxımdan düzgün deyil. Bir daha sonda kluba uğurlar arzulayıram, futbolçulardan və məşqçilərdən söz-söhbətlərə qulaq asmamaqlarını və fədakarlıqla mübarizə aparmaqlarını xahiş edirəm. Onlar hər bir oyuna həlledici oyun kimi yanaşmalıdırlar.

0
0