Yığmamızın futbolçusu bukmeker kontorundan 12 min manat qazandı
24.09.2009 - 15:04
Azərbaycan milli komandasının futbolçularından biri sentyabrın 23-də bukmeker kontorundan 13 min manat udub. Bu haqda Lent.az-a həmin kontorun əməkdaşı məlumat verib. Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, yarımmüdafiəçi mövqeyində oynayan futbolçu 4 oyuna üst-üstə 1000 manat pul qoyuluşu edib. Bu matçların cəmi əmsalı isə 13-ə bərabər olub. Nəticədə millimizin oyunçusunun proqnozları düz çıxıb. Beləliklə, o, 12 min manat gəlir əldə edib.
Mənbə bukmeker kontorunun maraqları naminə “xoşbəxt futbolçu”nun kimliyini və çıxış etdiyi klubu açıqlamağı məqsədəuyğun saymayıb.
Mənbə bukmeker kontorunun maraqları naminə “xoşbəxt futbolçu”nun kimliyini və çıxış etdiyi klubu açıqlamağı məqsədəuyğun saymayıb.
0
0