Ruslan “Neftçi”yə qarşı oynamayacaq?
25.09.2009 - 09:35
Ruslan “Neftçi”yə qarşı oynamayacaq?
Unibank Premyer Liqasının VI turuna hazırlaşan Zaqatalanın “Simurq” klubunun düşərgəsindəki zədəlilərin sayı artıb. Apasport.az saytının məlumatına görə, ukraynalı legioner Ruslan Qunçak komandanın son məşqini buraxmalı olub. Buna futbolçunun sağ ayağının arxa baldır əzələsinin dartılması səbəb olub. Bu səbəbdən Ruslanın sentyabrın 27-də “Neftçi” ilə oyunda meydana çıxa bilməyəcək. Legionerin nə vaxt sıraya dönəcəyi isə müayinədən sonra dəqiqləşəcək.

Qeyd edək ki, zaqatalalıların daha iki futbolçusu – Aleksandr Malıgin və Elşən Məmmədov da 3 gündür yüngül qaçışla kifayətlənir.
0