Hacıyevski “Bakı”dan rekordçu kimi ayrıldı - STATİSTİKA
25.09.2009 - 09:58
Hacıyevski “Bakı”dan rekordçu kimi ayrıldı - STATİSTİKA
“Bakı” klubunun baş məşqçi postundan istefa verən Qyoko Hacıyevski komandanı rekordçu kimi tərk edib. Apasport.az saytının hesablamalarına görə, makedoniyalı mütəxəssis 2004-cü ildə bu adla qeydiyyatdan keçən komandanı tarixi ərzində ən çox oyuna çıxaran baş məşqçidir.

2007-ci ilin sentyabrında “zolaqlılar”ın “sükanı arxasına” keçən Hacıyevski 2 il ərzində komandanı 70 oyuna çıxarsa da, bu matçların 69-u rəsmən sona çatdırılıb. Məhz Lənkərandakı yağış üzündən 70-ci yubiley matçı baş tutmayan mütəxəssis bu göstəricidə sələflərinin hamısını arxada qoyub.

Xatırladaq ki, Hacıyevski “Bakı”nın tarixində 5-ci baş məşqçidir. Ona qədər Elxan Abdullayev 1, Novruz Əzimov 1, Əsgər Abdullayev 63, Böyükağa Hacıyev 50 dəfə komandanı meydana çıxarmışdı.

çempionat

51

28

12

11

87-37

96

kubok

12

7

3

2

32-9

24

Çempionlar Liqası

4

1

2

1

6-6

5

Avropa Liqası

2

0

0

2

2-8

0

CƏMİ

69

36

17

16

127-60

125

0