Yığmanın futbolçusu fotoqrafın burnunu qırdı - FOTO
25.09.2009 - 10:27
Yığmanın futbolçusu fotoqrafın burnunu qırdı - FOTO
Argentina yığmasının futbolçusu Mauro Sarate fotoqrafın burnunu qırıb. Apasport.az saytının məlumatına görə, İtaliyanın “Latsio” klubunun hücumçusu “Parma” ilə çempionat oyunu zamanı qarşılaşmanı işıqlandırmağa gələn “qurban”ına aman verməyib.

Belə ki, “Parma”nın qapısının arxasında oturub kadr tutmaq istəyən fotoqraf Saratenin qəzəbinə tuş gəlib. Komandasının 1:2 hesabı ilə uduzduğu görüşdə qol vurmaq istəyən Saratenin qapıya tərəf var qüvvəsi ilə vurduğu güclü zərbə hədəfdən yan keçərək fotoqrafın sifətinə dəyib. Topun zərbəsindən şoka düşən fotoqrafın burun sümüyü sındığından əməliyyat qaçılmazdır. Belə vəziyyətdə onun nə vaxt yenidən iş başına dönəcəyi də bilinmir. O hələ ki, Saratedən şikayət etmək fikrində deyil. “Latsio” rəhbərliyi və argentinalı baş verənlərə şərh verməkdən boyun qaçırır.
0