Azərbaycan yığmasının rəqibləri noyabrın 11-də bilinəcək
25.09.2009 - 10:44
Azərbaycan yığmasının rəqibləri noyabrın 11-də bilinəcək
Azərbaycan milli komandasının rəqibləri noyabrın 11-də müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, 19 yaşadək qızlar arasında Avropa çempionatının II təsnifat mərhələsinə çıxan yığmamızın Makedoniyada keçiriləcək həlledici oyunlara vəsiqə uğrunda kiminlə qarşılaşacağı püşkatmadan sonra məlum olacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir noyabrın 11-də Bakı vaxtı ilə saat 12:30-da başlayacaq. Püşkatmada final mərhələsinə 7 vəsiqə uğrunda mübarizə aparacaq 28 komandanın hansı qruplarda yer alacağı bilinəcək.

Qeyd edək ki, yığmamız I təsnifat mərhələsində İspaniya (0:2), Ukrayna (1:0) və Kipr (8:0) yığmaları ilə qarşılaşıb.
0