Milli komandamız üçün Meyr Levi
25.09.2009 - 10:55
Milli komandamız üçün Meyr Levi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının növbəti oyununun hakimləri müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamızın Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Avstriya millisi ilə keçirəcəyi görüşə israilli ədalət təmsilçiləri təyinat alıb. Qarşılaşma Meyr Leviyə tapşırılıb ki, onun və həmyerlilərinin işinə də italiyalı hakim-inspektor qiymət verəcək.
0