Avstriya – Azərbaycan oyunu nə vaxt başlayacaq?
25.09.2009 - 11:19
Avstriya – Azərbaycan oyunu nə vaxt başlayacaq?
Azərbaycan milli komandasının növbəti oyununun vaxtı müəyyənləşib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Avstriya ilə qarşılaşmasının başlama saatı dəqiqləşib. Noyabrın 18-də keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Komandamızın səfər görüşü Viener Neudorf şəhərinin “Franz Fürst” stadionunda keçiriləcək.
0