Prinsipial oyunlarla bol tur: Liderlər ciddi sınaq qarşısında, son titulların sahibləri üz-üzə
25.09.2009 - 11:57
Prinsipial oyunlarla bol tur: Liderlər ciddi sınaq qarşısında, son titulların sahibləri üz-üzə
Azərbaycan milli çempionatının 2009/10 mövsümünün VI turu əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Premyer Liqa bu turdan etibarən yeni ad altında keçiriləcək. Peşəkar Futbol Liqası ilə UniBank arasında bağlanan rəsmi müqaviləyə əsasən, çempionatımız “UniBank Premyer Liqası” adını alınıb. Bu adla ilk turda maraqlı oyunlar kifayət qədərdir.

Çempionatın sürpriz lideri “Muğan”ı Lənkəranda ciddi sınaq gözləyir. Bosniyalı mütəxəssis Kemal Alispahişin çalışdırdığı komanda bu dəfə gücünü “Xəzər-Lənkəran”a göstərməlidir. Məhz bu iki komandanın cari mövsümdə uduzmaması görüşü maraqlı edən məqamlardandır. Ancaq cənublulardan fərqli, “Muğan” cəmi 2 xal itirib və ən əsası, qapısından qol buraxmayıb. Salyan təmsilçisi bu sınaqdan da üzüağ çıxarsa, ən azı ilk dövrə üçün yaxşı perspektiv vəd edəcək. Bu komandaların ölkə kubokunun 1/8 finalında da görüşəcəyini nəzərə alsaq, bu, həmin turnir öncəsi bir sınaq olacaq.

Liderin büdrəməsini gözləyən və bununla zirvəyə qayıtmaq iddiasında olan “Neftçi”ni də asan sınaq gözləmir. Mövsümə uğursuz başlayan “Simurq” axırıncı 2 turda son titulların sahibləri - “Bakı” və “Qarabağ”ı yenməklə, liderlər qrupuna yüksəldi. Zaqatalalılar qələbə seriyasını davam etdirərsə, flaqmanı tarixində ilk dəfə yenmiş olacaq.

Son titulların sahibləri isə bu dəfə öz aralarında münasibətləri ayırd edəcəklər. Ölkə çempionu “Bakı” ilə kubokun qalibi “Qarabağ” arasındakı görüş böyük maraq kəsb edir. Üstəlik, “Bakı”nın baş məşqçisi Qyoko Hacıyevski istefa verdiyindən, komandanı “Qarabağ”la oyuna kimin çıxaracağı diqqət mərkəzindədir. Son vaxtlar xal itkilərinə məruz qalan bu komandalar meydana yalnız qələbə qazanmaq üçün çıxacaq. Xüsusilə, onu çempion edən baş məşqçisini də itirən “Bakı”ya ab-havanı yaxşılaşdırmaq baxımından qələbə çox vacibdir.

Turun açılışı Yevlaxda olacaq ki, “Karvan”ın baş məşqçisi Yunis Hüseynov keçmiş komandası “Standard”la görüşəcək. İlk xalını “Bakı” ilə görüşdə qazanan “Standard”ın baş məşqçisi Valdas İvanauskas Yunis Hüseynova tanış simadır. Belə ki, Hüseynov “Neftçi”də, İvanauskas Vilnüsün “Jalgiris” klubunda oynadığı zaman SSRİ dönəmində bir-biri ilə yaşıl meydanda görüşüb. İndi veteran yarımmüdafiəçilər baş məşqçi kimi hansının güclü olduğunu müəyyənləşdirməyə çalışacaqlar.

“İnter” - “Qəbələ” matçında həmyaşıd baş məşqçilər görüşəcək. Gürcü Kaxaber Sxadadze ilə onun azərbaycanlı həmkarı Ramiz Məmmədov 1968-ci il təvəllüdlüdür. “Qəbələ” ilə görüş Sxadadzenin karyerasında xüsusi yer tutur. Belə ki, gürcü mütəxəssis ölkəmizdə məhz bu komanda ilə görüşdə debüt edib və 0:1 hesabı ilə uduzub.

Son vaxtlar uğursuzluq zolağında olan “Olimpik-Şüvəlan”la “Turan”ın görüşündə sabiqlərin qarşıdurması diqqət çəkir. Son illərdə paytaxt təmsilçisində oynayan hücumçular braziliyalı Junivan Suareslə Samir Musayev indi tovuzluların qol ümidləridir. Tovuz futbol məktəbinin yetirmələri olan müdafiəçi Ruslan Abbasovla hücumçu Nadir Nəbiyev mövsümlərarası fasilədə “Olimpik-Şüvəlan”la keçsələr də, sonradan “Turan”a qayıtdılar.

26 sentyabr

16:00. "Karvan" - "Standard"
Baş hakim:
Anar Salmanov
Hakim-köməkçiləri: Azad Q. Hüseynov, Ruslan Babayev, Elçin Səmədli
Hakim-inspektor: Rüfət Hüseynov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Yevlax. Şəhər stadionu.

16:15. "Bakı" - "Qarabağ"
Baş hakim:
Rövşən Əhmədov
Hakim-köməkçiləri: Roman Vasilyev, Azər Məmmədov, Ceyhun Haşımov
Hakim-inspektor: Əli Hüseynov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. "İnter" - "Qəbələ"
Baş hakim:
Əliyar Ağayev
Hakim-köməkçiləri: Ramiz Əsədov, Mehman Mahmudov, Elçin Məmmədov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Bakı. "Şəfa" stadionu.

18:00. "Xəzər-Lənkəran" - "Muğan"
Baş hakim:
Vüsal Əliyev
Hakim-köməkçiləri: Samir Hacıyev, Elşən Durmuşov, Əmrah İbrahimov
Hakim-inspektor: Vaqif Davudov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Lənkəran. Mərkəzi stadion.

27 sentyabr

16:00. "Olimpik-Şüvəlan" - "Turan"
Baş hakim:
Elnur Muradov
Hakim-köməkçiləri: Munis Abdullayev, Vaqif Ayvazov, Azad Mütəllimov
Hakim-inspektor: Orucəli Durmuşov
AFFA nümayəndəsi: Cahangir Hüseynov
Bakı. "Şəfa" stadionu.

16:15. "Neftçi" - "Simurq"
Baş hakim:
Fariz Yusifov
Hakim-köməkçiləri: İlham Əliyev, Mübariz Haşımov, Zöhrab Əliyev
Hakim-inspektor: Nüvər Xasıyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.


N

Komandalar

O

Q

H

M

T

X

1

“Muğan”

4

3

1

0

4-0

10

2

"Neftçi"

4

3

0

1

5-3

9

3

"İnter"

4

2

1

1

4-3

7

4

"Simurq"

4

2

1

1

4-3

7

5

"Qarabağ"

4

2

1

1

3-2

7

6

"Xəzər-Lənkəran"

3

1

2

0

3-2

5

7

"Qəbələ"

4

1

2

1

4-6

5

8

"Bakı"

3

1

1

1

2-2

4

9

"Olimpik-Şüvəlan"

4

1

1

2

5-6

4

10

“Karvan”

4

1

0

3

6-6

3

11

"Standard"

4

0

1

3

1-4

1

12

"Turan"

4

0

1

3

2-6

1


Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 3.
0