Mixail Zaytsev yenidən Azərbaycan yığmasında
25.09.2009 - 14:26
Azərbaycan milli komandasının heyəti açıqlanıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakıda Avstriya yığmasını qəbul edəcək millimizə 22 oyunçu dəvət olunub.
Komandanın almaniyalı baş məşqçisi Bernard Lippert əvvəllər əsas yığmaya çağırılan, lakin debütü baş tutmayan milliləşən rusiyalı Mixail Zaytsevi də heyətə daxil edib: Aqil Məmmədov, Elçin Sadıqov, Osman Umarov, Tural Nərimanov, Nodar Məmmədov, Novruz Məmmədov, Vurğun Hüseynov, Fərrux Rəhimov, Emin Cəfərquliyev, Mixail Zaytsev, Emin Mustafayev, Eşqin Quliyev, Qeyrət Əliyev, Pərvin Paşayev, Natiq Kərimi, Əfran İsmayılov, Hüseyn Axundov, Bəxtiyar Soltanov, Taqim Novruzov, Nizami Hacıyev, Cavid Rəhimov, Səbuhi İsmayılov.
Qeyd edək ki, U-21 seçmə mərhələdə keçirdiyi ilk 2 matçda Albaniya (0:1) və Belarusa (2:3) uduzub.

0
0