Mübariz Mənsimov: Uğur qazanmaq üçün klubun yaxşı idarə olunması vacibdir
25.09.2009 - 14:50
2010-cu ilin martında Türkiyənin “Beşiktaş” klubunda prezident seçkiləri keçiriləcək. Apasport.az saytının məlumatına görə, “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da seçkilərə biganə qalmayıb.
“Palmali” Şirkətlər Qrupunun rəhbəri bu posta namizədlərdən olan Murat Aksuya dəstək olub. Prezidentlik uğrunda mübarizədə gücünə güc qatmaq əzmində olan Aksu bir müddət əvvəl görüşdüyü Hasan Aratın ardından Mənsimovla da qüvvələri birləşdirmək qərarına gəlib. Həmyerlimiz bu görüşdə “Beşiktaş” naminə hər şeyə hazır olduğunu bildirib: “Uğur qazanmaq üçün klubun yaxşı idarə olunması vacibdir. “Beşiktaş” rəhbərliyində yaxşı kollektiv qura bilsəniz, maddi və mənəvi dəstək verməyə hazıram. “Beşiktaş” üçün əlimizi daşın altına da qoyarıq. Klubun bu sıxıntıdan qurtulması məni çox şad edər”.
Oktyabrın 15-də namizədliyini rəsmən irəli sürəcək Aksu ilə yanaşı, bu postun indiki sahibi Yıldırım Dəmirörən də Mənsimovla görüşlərini davam etdirir. “Xəzər-Lənkəran”ın yaradıcısı hələ “Beşiktaş” çempiona olarkən, hər oyunçuya 75 min dollar vermişdi.

0
0