Almanlar Səlahət Ağayevin peşəkarlığına qiymət verdi
25.09.2009 - 15:23
“Milli komandamızın gənc qapıçısı Səlahət Ağayevin Bundesliqada mübarizə aparan bir klubun düşərgəsində hazırlıq keçməsi müsbət haldır”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
Məlum olduğu kimi, yığmamızın və Bakını “İnter” klubunun qapıçısı Almaniyaya yollanıb. Ağayev millimizin almaniyalı baş məşqçisi Berti Foqtsun təşəbbüsü ilə sentyabrın 21-dən “Hannover 96” klubunun düşərgəsində təlim-məşq toplantısında iştirak edir. Bununla bağlı baş katib bildirib ki, həmyerlimizin Hannoverdə məşqlərə qatılması yerli mətbuatın da diqqət mərkəzinə düşüb: “Sevindiricidir ki, onun peşəkarlığı və perspektivli futbolçu olması, klubun məşqçiləri və Almaniyanın bəzi kütləvi informasiya vasitələri tərəfindən də yüksək qiymətləndirilir”.

- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
- Devid parıldadı: Messidən sonra ikinci het-trik
0
0