“Bakıya nə vaxt gələcəyimi bilmirəm”
25.09.2009 - 15:34
“Bakı” klubunun baş məşqçi postuna namizəd olan tanınmış türkiyəli futbolçu Bülənt Korkmazın apasport.az saytına müsahibəsi
- “Bakı”nın baş məşqçisi olacağınızı real sayırsınız?
- Hələlik ortada real bir şey yoxdur. Danışıqları mən yox, menecerim aparır. Hazırda İstanbuldan kənarda ailəmlə birgə istirahət edirəm. Yaxın zamanda İstanbula gəlib, menecerimlə görüşəcəyəm.
- Deməli, bu gün Bakıya gəlişiniz nəzərdə tutulmayıb...
- Xeyr, bunu kim deyir ki? Düzünü deyim ki, Bakıya nə vaxt gələcəyini heçözüm də bilmirəm. Günün sonunadək İstanbula getməyi planlaşdırıram. Menecerimlə görüşüb, müzakirələr aparacağıq. Bundan sonra Bakıya nə vaxt gələcəyimizə qərar verəcəyik.
- “Bakı” sabah növbəti tur çərçivəsində “Qarabağ”la ev oyununa çıxacaq. Ola bilərmi həmin görüşə kimi ölkəmizə gəlib, oyunu stadiondan izləyəsiniz?
- Bu haqda dəqiq bir şey söyləyə bilmərəm. Çünki hələ menecerimlə görüşüb, danışmamışıq.
- Ümumiyyətlə, “Bakı”dan təklif almısınız?
- Bəli, bunu inkar etmirəm. Sadəcə, menecer bununla bağlı danışıqlar apardığından, mən bir şey demək istəmirəm.
- Aydın məsələdir ki, danışıqları meneceriniz aparır. Sadəcə, sizin “Bakı” variantı ilə bağlı fikirləriniz maraqlıdır...
- Bu ilin yazında “Bakı”nın dəvəti ilə paytaxtınıza gələndə də demişdim ki, Azərbaycan mənim üçün doğma məkandır. Hansı yer olursa-olsun, irəli sürdüyüm şərtlər, istədiklərim reallaşarsa, əməkdaşlığımız baş tutar. Nədən də olmasın ki?
- Nəzərdə tutduğunuz şərtlər hansılardır?
- Bunu ancaq klub rəhbərliyinə söyləyə bilərəm. Bu, maddi yox, başqa məsələlərlə bağlıdır.
- Bildiyimizə görə, siz işləyəcəyiniz komandada uzun müddətli, ən azından 3 illik əməkdaşlıqda maraqlısınız...
- Doğrudur. Qısa müddətdə iş görmək, nəticə qazanmaq çətindir. Mən qısa vaxtda bir şey edə bilmərəm. Buna uzun müddətdə nail olmaq mümkündür.
- Türkiyə mətbuatında fikirlərinizə rast gəldik. Belə bir fikir səsləndirmisiniz ki, “Bakı” ilə hər mövzuda razılığa gəlmisiniz və ən qısa zamanda rəsmi müqavilə imzalayacaqsınız. Həqiqətən də belə bir şey varmı?
- Konkret elə deməmişəm. Bu axşam menecerimlə görüşəndən sonra dəqiq bir şey demək olar. Hələlik menecerimlə görüşməmişəm. Bu da İstanbulda kənarda olmağımla bağlıdır. Görüşünün baş tutması üçün İstanbula gəlməliyəm ki, mən də buna hazırlaşıram. Ortaq məxrəcə gəlsək, Bakıya gələcəyəm.
- “Qalatasaray” kimi sizə doğma klubdan sonra Azərbaycanda çalışmaq perspektivi haqda nə düşünürsünüz?
- Əvvəl dediyim kimi, mənim üçün əsas şərtlərdir. Bu, yaxşı olarsa, harada çalışmağım fərq etməz. Bilmək istərdim, onların hədəfi nədir, gələcək planlarla bağlı nə düşünürlər. Yeni komanda yaratmaq istəyirlər, ya yox – bütün bunları müzakirə etmək lazımdır. “Qalatasaray”, “Fənərbaxça”, yaxud “Beşiktaş” kimi komandaların hədəfi ölkə çempionluğuna oynamaq, Avropada uğurla çıxış etməkdir. “Bakı”nın da hədəfləri böyükdürsə, şərtlər münasib olarsa, niyə də əməkdaşlıq baş tutmasın? Hər halda, komanda son ölkə çempionudur. Amma bundan sonra heyətdə dəyişiklər oldu. Bır sıra önəmli futbolçuları getdi, yeni transferlər həyata keçirildi.
- “Bakı”nın oyunlarını izləmisiniz?
- Bəli. 4-5 oyununu televiziya ilə izləmişəm.
- Bu görüşlər sizdə hansı təsəvvür oyatdı? Həmin oyunlarda xoşunuza gələn, bəyənmədiyiniz cəhət nə oldu?
- Bununla bağlı şərh vermək istəmirəm. Bu iş bitərsə, qərar verəriksə, həmin vaxt bunu edə bilərəm. İndi danışmağım düzgün çıxmaz. Baş məşqçi olduğum komandada istədiyim şəxslərlə çalışmağa üstünlük verirəm. İstədiklərim olmazsa, çalışmağıma, təklifi qəbul etməyimə gərək yoxdur.
- “Bakı”da tanıdığınız, adını xatırladığınız futbolçu varmı?
- (gülür) Var-var. Mən milli komandanı da izləyirəm. “Bakı”da da belə futbolçular var. Keçən dəfə gəldiyimiz zaman “Bakı”nın oyununu stadiondan izləmişdim. Cari mövsümdə televiziyadan izləmişəm.
- Hər halda, Türkiyə Superliqasında oynamış braziliyalı hücumçu Jabanı tanımalısınız...
- Bəli. Onunla Türkiyədə qarşılaşmışam.
- Cari mövsümdən “Bakı”da çıxış edən bu futbolçu haqda nə deyə bilərsiniz?
- İndi bir şey deməyimə gərək yoxdur. Bu olaylar bitəndən sonra şərh verə bilərəm.

0
0