“Pojarnik”lər PFL-i irəli saldı
25.09.2009 - 15:46
Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Peşəkar Futbol Liqasından apasport.az saytına verilən məlumata görə, İK UniBank Premyer Liqasında və Azərbaycan kubokunun 1/16 finala mərhələsinin cavab oyunlarında baş vermiş hadisələri müzakirə edərək, onlara hüquqi qiymət verib.
“Qarabağ” “Qəbələ” ilə II turdan təxirə salınmış ev oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000, kubokda “Rəvan” – “Gəncə” görüşündə komandalar bu səbəbdən hərəyə 100 manat cərimələnib.
Ölkə kuboku uğrunda “Bakılı” – “MKT-Araz” və “Neftçi” İSM – MOİK oyunlarında yanğınsöndürmə maşını olmadığı üçün meydan sahibləri hərəyə 100 manat cərimə ödəməli olacaq. Qusarın “Şahdağ” klubu isə “Anşad-Petrol”la ölkə kubokunun cavab görüşündə 4 futbolçusu sarı vərəqə aldığı üçün bu məbləğdə xərcə düşüb.
MOİK-lə görüşün 90+3-cü dəqiqəsində rəqibini bilərəkdən vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan “Neftçi” İSM-nin futbolçusu Qeyrət Əliyev 2 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə olunub. “Gəncə” ilə oyunun 76-cı dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılan “Rəvan”ın futbolçusu Anar Həsənli 1 oyunluq cəzaya, klubu 20 manat cəriməyə məruz qalıb.

0
0