Qus Hiddink Bakıya 16 mükafatçı, 3 debütantla gəlir
25.09.2009 - 16:07
Qus Hiddink Bakıya 16 mükafatçı, 3 debütantla gəlir
Rusiya yığmasının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycanla rəsmi oyunlar üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Qus Hiddink ölkəmizə 23 futbolçu gətirəcək.

Bakıya döyüşkən heyətlə gələn ruslar xaricdə oynayan liderlərinin xidmətindən yararlanacaq. Həmin 23 futbolçudan 16-sı ötən yay Avropa çempionatının bürünc medalını qazanıb. Həmin vaxt mükafat qazanan futbolçulardan üçü – qapıçı Vladimir Qabulov, müdafiəçi Denis Kolodin (hər ikisi “Dinamo”) və hücumçu İvan Sayenko (“Spartak”) zədəli olduqlarına görə heyətdən kənarda qalıb. Onlar əvəzinə çağırılan Soslan Canayev, Aleksey Rebko və Aleksandr Buxarov debütantdır.

Rusiya yığması cari seçmə mərhələdə son oyunlara hazırlığa oktyabrın 6-da başlayacaq. Bundan 4 gün sonra almanlar Moskvada vacib görüşə çıxacaq şimal qonşularımız oktyabrı 14-də Bakıda yığmamızın qonağı olacaq.

Qapıçılar – İqor Akinfeyev (MOİK), Vyaçeslav Malofeyev (“Zenit”), Soslan Canayev (“Spartak”)

Müdafiəçilər – Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç (hamısı MOİK), Yuri Jirkov (“Çelsi”, İngiltərə), Renat Yanbayev (“Lokomotiv”)

Yarımmüdafiəçilər – Diniyar Bilyalletdinov (“Everton”, İngiltərə), Vladimir Bıstrov, İqor Denisov, Konstantin Zıryanov, İqor Semşov (hamısı “Zenit”), Alan Dzaqoyev (MOİK), Aleksandr Rebko (“Moskva”), Sergey Semak (MOİK), Dmitri Torbinski (“Lokomotiv”)

Hücumçular – Andrey Arşavin (“Arsenal”, İngiltərə), Aleksandr Buxarov (“Rubin”), Aleksandr Kerjakov (“Dinamo”), Roman Pavlyuçenko (“Tottenhem”, İngiltərə), Pavel Porebnyak (“Ştutqart”, Almaniya)
0