“Qarabağ” yenə xal itirəcək!?
25.09.2009 - 16:39
“Bakı” Ağdamın “Qarabağ” klubu üçün arzuolunmaz rəqib sayılır. Apasport.az saytının məlumatına görə, ölkə kubokunda bakılıları udmağı bacaran Ağdam təmsilçisi çempionat oyunlarında “Bakı” qarşısında aciz qalır. UniBank Premyer Liqasının VI turunda qarşılaşacaq rəqiblər arasında keçirilmiş son 9 oyunda “Qarabağ” qələbəyə həsrət qalıb. Bu müddətdə 4 qələbə və 5 heç-heçə əldə edən “Bakı” sonuncu dəfə 1862 gün əvvəl ağdamlılara uduzub. 2004-cü il avqustun 11-də keçirilən və 2:0 hesabı ilə başa çatan matç bakılıların bu ad altında ilk görüşü idi. Məğlubiyyətin ardından Elxan Abdullayev istefaya göndərildi və həmin vaxtdan paytaxt təmsilçisi “Qarabağ”ın qəniminə çevrilib.
“Bakı” – “Qarabağ: bütün oyunlar
“Bakı” – “Qarabağ: bütün oyunlar
mövsüm | “Bakı”nın meydanında | “Qarabağ”ın meydanında |
2004/05 | 1:1 | 0:2 |
2005/06 | 2:1 | 4:2 |
2006/07 | 0:0 | 1:1 |
2007/08 | 0:0 | 1:1 |
2008/09 | 2:0 | 2:0 |
- “İnter” baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
0
0