“Biz “Xəzər-Lənkəran”dan daha baxımlı futbol oynayırıq”
25.09.2009 - 17:09
“Uğurlu seriyanı Lənkəranda da davam etdirmək istəyirik. Buna nail olub-olmayacağımızı sabah oyundan sonra biləcəyik”. Apasport.az-ın məlumatına görə, bu fikirləri UniBank Premyer Liqasının lideri olan “Muğan”ın baş məşqçisi Kemal Alispahiç klubun rəsmi saytına açıqlamasında deyib.
Təcrübəli mütəxəssis cari mövsümdə debüt etdiyi komandada uğurlu işi ilə diqqət çəkir. Növbəti tur çərçivəsində “Xəzər-Lənkəran”ın qonağı olacaq Alispahiç Lənkərana iddialı gəlib: “Xəzər-Lənkəran” güclü komandadır. Lakin bu, o demək deyil ki, onlar bizi asanlıqla məğlub edəcəklər. Xeyr, əksinə, lənkəranlıların işi çətin olacaq. Məqsədimiz minimum bir xalla geri dönməkdir. İnanıram ki, buna nail olacağıq”.
Onun sözlərinə görə, son məşqlərdə müsbət təsir bağışlayan yetirmələri oyuna tam hazırdırlar: “Lənkəranlılar zəif olmadığı üçün görüşdə səhvsiz oyun nümayiş etdirməyimiz vacibdir. Rəqib “Xəzər-Lənkəran”dır və səfərdə oynayacağıq. Bütün bu faktları məşq prosesində yetirmələrimə aşılamışam. Lakin reallığı nəzər alsaq, son turlarda “Muğan”ın rəqibə nisbətən daha baxımlı futbol nümayiş etdirdiyi və Lənkəranda keçiriləcək qarşılaşmada qələbə üçün kifayət qədər şansı olduğu qənaətinə gələ bilərik. Hər halda, hər şeyi oyun göstərəcək”.
Qeyd edək ki, cari mövsümdə yalnız “Muğan”la “Xəzər-Lənkəran” uduzmayıb. “Muğan” hələ ki qapısından qol buraxmayan yeganə komandadır.

0
0