Filin maşınını oğurladılar
25.09.2009 - 17:57
İngiltərənin “Everton” klubunun müdafiəçisi Fil Yaqelka oğruların təcavüzünə məruz qalıb. Apasport.az saytının məlumatına görə, 3 naməlum şəxs futbolçunun evinə girərək, zinət əşyalarını və “Reync Rovers” markalı avtomobilinin açarlarını götürüb. 27 yaşlı futbolçu həmin vaxt evdə “Everton” - “Hall Siti” oyununu televizordan izləyirmiş.
Oğrular onu bıçaqla hədələyərək, qiymətli əşyalarını əlindən alıb. Xoşbəxtlikdən nə futbolçu, nə də ailə üzvləri xəsarət alıb. Qarət zamanı Filin həyat yoldaşı evdə olmayıb, uşaqları isə yatıb.
Polisin verdiyi məlumata görə, maşın bir müddət sonra tapılıb. Fil baş verənlər üzündən şoka düşüb.
Qeyd edək ki, bu ilin mayında Yaqelkanın komanda yoldaşı Stiven Pennarın da evinə oğrular basqın etmşdi. Ümumiyyətlə, son illərdə Liverpulun 11 futbolçusu qarət olunub.

- “İnter” baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
0
0