Zeynal Məmmədov nə söz verir, nə də ümidini itirir
25.09.2009 - 23:00
“Komandamızı bu gün “Qarabağ”la oyuna məşqçilər heyəti çıxaracaq. Burada əsasən sabiq baş məşqçimizin köməkçiləri yer alacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Qyoko Hacıyevskinin istefasından sonra ölkə çempionu UniBank Premyer Liqasının VI turunda “Qarabağ”la oyuna baş məşqçisiz çıxacaq. Məmmədovun sözlərinə görə, makedoniyalı mütəxəssisin köməkçiləri – Borçe Xristov, Çudomir Çakarov, Muammer Zekiri, Asif Əliyev fəaliyyətini hələ ki davam etdirirlər: “Klubumuzda çalışan türkiyəli məşqçi Yüksəl Kepoğlu da hazırlıqda iştirak edir. Məşqçilər heyəti komandanı “Qarabağ”la oyuna hazırlaşdırır. Hər halda, biz də oyun zamanı komandanın yanında olacağıq. Hacıyevskinin köməkçilərinin gələcək taleyinə yeni baş məşqçi gələndən sonra aydınlıq gələcək. Ola bilsin ki, Hacıyevskinin gətirdiyi Xristov getsin, qalanları qalsın. Yeni baş məşqçimizin adına isə yaxın günlərdə aydınlıq gələcək. Hələ ki ad açıqlamaq istəmirəm. Onu deyim ki, namizədlərin sayı geniş deyil. Bunlardan birinin türkiyəli Bülənt Korkmaz olması hamıya məlumdur. Rusiyadan Stanislav Çerçesov isə namizədlər arasında yoxdur”.
“Qarabağ”la oyuna qələbəyə söz verməyən vitse-prezident hər halda, uğurlu nəticəyə ümidini itirmir: “Standard”la son oyunda xal itirməyimiz elə də faciə deyil. Çünki bu komandanın “altılığ”a düşməyəcəyi məlumdur. “Qarabağ” isə bu mübarizədə əsas rəqiblərimizdən olduğu üçün xal qazanmağımız vacibdir. “Altılığ”a düşmək uğrunda digər rəqibimiz “Simurq”a evdə məğlubiyyət bizim üçün itki idi. Həmin görüşdəki aqibəti “Qarabağ”la oyunda yaşamamalı, minimum heç-heçə etməliyik”.

0
0