Rusiya – Ermənistan oyunu azərbaycanlı hakimə tapşırıldı
26.09.2009 - 10:21
Futbol üzrə 17 yaşadək qızlar arasında Avropa çempionatının I seçmə mərhələsinin bəzi oyunlarının hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Serbiyada keçiriləcək X seçmə qrupun oyunlarına təyinat alan Venera Muradovanın idarə edəcəyi qarşılaşmaların biri dəqiqləşib. Azərbaycanlı xanım referi Rusiya – Ermənistan görüşünün baş hakimi olacaq. Onun köməkçilərindən birinin Maya Nəbiyeva olacağı da məlumdur. Bu matç oktyabrın 24-də Zrenyanin şəhər stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0