Qyoko Hacıyevskidən şok açıqlamalar: 5-6 futbolçu bilərəkdən oynamırdı - MÜSAHİBƏ
26.09.2009 - 11:24
“Bakı” klubunun baş məşqçisisi postundan istefa verən Qyoko Hacıyevskinin müsahibəsi
- "Simurq"la oyundan sonra təşkil edilən mətbuat konfransında istefa haqda heç nə demədiniz. Hətta komandanı qarşıdakı turda "Qarabağ"la görüşə hazırlayacağınızı və heyətdə müəyyən dəyişikliklər edəcəyinizi bildirdiniz. Amma sonradan istefa xəbərinizi aldıq.
- Bəli, belədir. Amma oyundan sonra bir qədər düşünüb anladım ki, narazılıqlar həddən artıq çoxdur. Futbolçuların dəyişdiyini daha dərindən hiss etdim. Bildim ki, komanda üzvlərinin bir hissəsi artıq mənə inanmır. Belə mühitdə çalışmağın əhəmiyyəti yox idi. Düzdür, futbolçuların hamısı mənə qarşı deyildi. Amma məhz 5-6 oyunçunun narazılığı açıq-aşkar duyulurdu. Öz davranışları ilə mənə dəstək vermədiklərini hiss etdirirdilər. Mən qaçmamışam. Özümdə işləməyə güc hiss edirdim. Amma düşündüm ki, komanda mənsiz özünü daha yaxşı hiss edəcəksə, o zaman dəyişiklik vacibdir.
- Deməli, özünüz istefa verdiniz. Klub rəhbərliyinə qərarınızı necə bildirdiniz?
- Əvvəl Zeynal Məmmədovla vəziyyəti müzakirə edib, ona fikrimi dedim. Sonra isə klub prezidenti Hafiz Məmmədovla görüşüb söhbətləşdik. Şübhəsiz, mənim rəhbərliklə münasibətlərim tam qaydasındadır. İstefamın səbəbi isə komandadakı xoşagəlməz atmosfer və futbolçuların bir hissəsinin məndən narazı olması idi.
- Çempionatda cəmi 3 tur keçirilib. Komandanın hesabında 1 heç-heçə, məğlubiyyət və qələbə var. Sizcə, çox pis nəticə idi? Axı bu gün Premyer Liqada xal itirməyən komanda yoxdur...
- Söylədiyim kimi, məni komandadaxili münasibət qane etmədi. Düz deyirsiniz, cəmi 3 tur oynanılıb. Nəticə də faciəvi deyil. Dünya praktikasından da görmüşük ki, hər yenilgidən sonra çalışdırıcı postunu tərk etmir. Götürək bizi Avroliqadan kənarlaşdıran "Bazel"i. İsveçrə təmsilçisi qitə miqyaslı turnirdə yaxşı təsir bağışlasa da, ölkə çempionatında çox pis nəticələrə imza atır. Məgər klubun baş məşqçisi vəzifəsindən getməlidir? Mühit işləmək üçün əlverişli olmayanda, təcrübəli çalışdırıcı bunu özü başa düşür. Azərbaycan birinciliyində "Xəzər Lənkəran" da xal itirib, "İnter" də. Gördüyünüz kimi, məsələ başqadır.
- Feliks Felipe Almeydanı son oyunlarda meydanda görmədik. Belə başa düşürük ki, narazı oyunçuların biri də o idi.
- Feliksi komandaya mən gətirmişəm. O, "Bakı"nın heyətinə düşüb qol vurduğuna görə Hacıyevskiyə minnətdar olmalıdır. Məgər Rusiya Premyer Liqasında oynadığı Nalçikdə ona forma şansı verirdilər? Düzdür, braziliyalı hücumçunu mən gətirmişəm. Amma onu sıralarımıza dəvət edərkən futbolçu bacarığını bəyəndim. Qısa müddət ərzində xasiyyətinə bələd ola bilməzdim ki? Hiss etdim ki, məşqlərdə can yandırmır. Hazırlıqlara barmaqarası yanaşırdı. 4-5 yaşı yoxdur ki, təcrübəli futbolçudur. Məgər mən hiss etmirəm ki, o öz səviyyəsinin imkan verdiyindən zəif çalışır. Özünü Ronaldinyo kimi aparırdı. Avrokuboklardakı oyunlardan öncə hər dəfə meydana çıxanda nizam-intizama əməl edib vərəqə almamasını deyirdim. Gördüyünüz kimi, hər oyunda "sarı"yla cəzalandırılırdı. Nizam-intizam futbolçu üçün əsas keyfiyyətdir. Eləcə də Azərbaycan çempionatında... Dəfələrlə dedim ki, "Simurq"a qarşı oyundan əvvəl vərəqə alma. Yenə də öz bildiyini etdi. Sizcə, bir futbolçu bu qədər vərəqə alarmı? Belədə onu cəzalandırmaq lazım idi. Mən də tapşırığımı yerinə yetirməyən futbolçunu lazımi şəkildə cəzalandırdım.
- Sizdən narazı qalan digər futbolçular kimlərdi?
- Söylədiyim kimi, bir neçəsi. Ona görə ki, mən onlara etmək istədiklərini sərbəst şəkildə həyata keçirməyə imkan vermirdim. Bu futboldur. Futbolda oyunçu öz bildiyini etməli deyil ki. Məşqçi nə tapşırıq verirsə, onu da yerinə yetirməlidir. Fernando Peres son matçda meydana çıxmadığına görə mənə əsas heyətdə yer almaq istədiyini deyir. Mövsümboyu oynayıb da. Məgər xariqələr yaradırdı? Sadəcə, məqsədli şəkildə narazılıq edirdilər. Bunu xırdalığına qədər açıqlamayacağam. Özünüz yaxşı bilirsiniz, nədən danışıram. Hazırkı vəziyyətdə yenidən mövzuya qayıtmağa ehtiyac görmürəm. Sizdən də bu mövzuda sual verməməyinizi xahiş edirəm. Təzyiq var idi. Bu, şübhəsizdi.
- Baş məşqçi postundan ayrılsanız da, klubda qalacağınız dəqiqləşib. Konkret hansı vəzifədə işləyəcəksiniz?
- Hafiz Məmmədov komandada qalmağımı istədi. Böyük ehtimalla, məsləhətçi kimi çalışacağam. Ancaq yaxın günlərdə konkret hansı funksiyanı yerinə yetirəcəyim dəqiqləşəcək. Mən komandanın yeni baş məşqçisinin kim olacağıyla, ümumiyyətlə, maraqlanmıram. Sadəcə, öz işimlə məşğul olacağam.
- Köməkçiləriniz də vəzifəsindən uzaqlaşdırılacaq?
- Hələlik yeni çalışdırıcı rəsmən təsdiqlənənə kimi onlar öz işində qalacaq. Sonradan isə talelərinə aydınlıq gələcək.
Mənbə: “Futbol+” qəzeti

0
0