UEFA “Qalatasaray”ı ən yaxşı komanda seçdi
26.09.2009 - 11:30
UEFA-nın rəsmi saytı milli çempionatlardakı çıxışlarına görə ötən həftənin ən yaxşılarını müəyyənləşdirib. Apasport.az saytının xəbərinə görə, bu mövsüm keçirdiyi 6 oyunda qələbə qazanan və rəqib qapılarından 19 qol keçirən “Qalatasaray” həftənin ən yaxşı komandası seçilib. “Cim Bom”un Superliqada orta hesabla 3,16 qol vurması, UEFA-nın bu seçimi etməsinə səbəb olub.
Həftənin ən yaxşı futbolçusu “Real”ın təcrübəli hücumçusu Raul Qonzalez seçilib. Həftənin ən maraqlı oyunu isə “Mançester Yunayted” və “Mançester Siti” arasında keçirilən dramatik görüş olub (4:3). Turun ən yaxşı qoluna isə “Marsel”in hücumçusu Mahammadu Nyanq “Monpelye” ilə oyunda imza atıb.

- “İnter” baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ
- Messinin ağ butsları: Qalan hamıda çəhrayı rəngdə - FOTO
- Niko Uilyamsdan sədaqət mesajı: "Karyeramın sonuna qədər..."
- Kukurelya “Real” keçidindən danışdı – “Hər şey 36-48 saata baş verdi”
- Rodrinin gələcəyi sual altında - “Mançester Siti” ilə razılıq yoxdur
0
0