“Bu axmaqlıqdır, Berti Foqtsdan fərqli, mən azərbaycanlıyam”
26.09.2009 - 12:28
“Bu axmaqlıqdır, Berti Foqtsdan fərqli, mən azərbaycanlıyam”
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun ifadələri rusiyalıları qəzəbləndirib. Apasport.az saytının məlumatına görə, az öncə alman mətbuatına verdiyi açıqlamada azərbaycanlıların incikliyinin nifrətə yaxın həddə olmasını iddia edən Foqtsun sözləri hələ də Rusiya mətbuatında müzakirə olunur.

Çalışdırıcının hələ futbolçu vaxtlarında “Teryer” ləqəbini qazandığını vurğulayan rus həmkarlarımız onun it cinsinin adına “yiyələnməsinə” də ilişib. Bununla da kifayətlənməyən qonşularımız Azərbaycanın Rusiyadakı ikinci səfiri Ramiz Quliyevin məsələyə münasibətini öyrənib: “Bu axmaqlıqdır. Foqtsdan fərqli, mən azərbaycanlıyam. Mənim kifayət qədər rus dostlarım, rus xanımı ilə evlənən azərbaycanlı dostlarım var”.
0