“Neftçi” öz meydanında “qapazaltı”ya çevrilir
27.09.2009 - 18:06
“Neftçi” öz meydanında “qapazaltı”ya çevrilir
Bu gün UniBank Premyer Liqasında VI turun son 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki görüş gözlənilməz hesabla başa çatıb.

Belə ki, “Neftçi” yenidən zirvəyə yüksəlmək şansını qaçırıb. İki həftə əvvəl öz meydanında uduzduğu “Muğan”ın Lənkəranda 3 xal itirməsindən sonra birinci pilləyə qayıtmaq şansı qazanan “Neftçi” öz meydanında məğlubiyyətlə üzləşib. Flaqman bu dəfə “Simurq” cəzalandırıb.

Günün qollu matçı isə “Şəfa” stadionunda keçirilib. Çoxları “Olimpik-Şüvəlan”ın autsayder “Turan” üzərində asan qələbə qazanacağını düşünsə də, Tovuz təmsilçisi Bakıdan 1 xalla qayıdıb.

26 sentyabr

"Karvan" - "Standard" - 2:2
QOLLAR: Markus Fereyra, 11; İsmayıl Məmmədov, 39 - Samir Zərgərov, 4; Omar El Zeyn, 63
Yevlax. Şəhər stadionu.
Baş hakim: Anar Salmanov

"Bakı" - "Qarabağ" - 0:1
QOL: Aslan Kərimov, 79
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Rövşən Əhmədov

"İnter" - "Qəbələ" - 3:2
QOLLAR: Vladimir Levin, 67; Da Silva Roşa, 87; Karlsons, 90 - İqor Melnik, 33; Kristian Torres, 68
Bakı. "Şəfa" stadionu.
Baş hakim: Əliyar Ağayev

"Xəzər-Lənkəran" - "Muğan" - 2:0
QOLLAR: Lalin Alan, 55; 87
Lənkəran. Mərkəzi stadion.
Baş hakim: Vüsal Əliyev

27 sentyabr

"Olimpik-Şüvəlan" - "Turan" - 3:3
QOLLAR: Qoqinaşvili, 23; Kvirtiya, 56; Doroş, 89 – Həsənov, 62; 90; Kovalevski, 73
Bakı. "Şəfa" stadionu.
Baş hakim: Elnur Muradov

"Neftçi" - "Simurq" - 0:1
QOL: Sergey Sokolov, 24
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.
Baş hakim: Fariz Yusifov

N

Komandalar

O

Q

H

M

T

X

1

"Simurq"

5

3

1

1

5-3

10

2

“Muğan”

5

3

1

1

4-2

10

3

"İnter"

5

3

1

1

7-5

10

4

"Qarabağ"

5

3

1

1

4-2

10

5

"Neftçi"

5

3

0

2

5-4

9

6

"Xəzər-Lənkəran"

4

2

2

0

5-2

8

7

"Olimpik-Şüvəlan"

5

1

2

2

8-9

5

8

"Qəbələ"

5

1

2

2

6-9

5

9

“Karvan”

5

1

1

3

8-8

4

10

"Bakı"

4

1

1

2

2-3

4

11

"Standard"

5

0

2

3

3-6

2

12

"Turan"

5

0

2

3

5-9

2


Bombardir: Anatoli Doroş (“Olimpik-Şüvəlan”) – 4.

Növbəti – VII turun oyunları oktyabrın 17-də və 18-də keçiriləcək: “Standard” - “Xəzər-Lənkəran”, “Turan” – “Bakı”, “Simurq” – Karvan”, “Qəbələ” – “Olimpik-Şüvəlan”, “Muğan” – “İnter”, “Qarabağ” – “Neftçi”