Azərbaycanlı FİFA hakimi soyadını dəyişib
26.09.2009 - 23:13
Azərbaycanlı FİFA hakimi soyadını dəyişib
Futbol üzrə 17 yaşadək qızlar arasında Avropa çempionatının I seçmə mərhələsinin Rusiya - Ermənistan oyununu idarə edəcək Venera Muradova artıq bu soyadı daşımır. Bu barədə apasport.az saytına xanım hakimin özü verib. Onun sözlərinə görə, ailə həyatı qurduqdan sonra Muradova soyadından imtina etdiyi üçün yoldaşı kimi Kahriç soyadını daşıyır: “Bütün sənədlərimi dəyişmişəm. Mən soyadımın Kahriç olmasını istədim. Hər yerdə də belə gedir”.

UEFA-nın rəsmi internet saytında FİFA hakimimizin iki soyadla göstərilməsinə münasibət bildirən Venera xanım belə variantı müvəqqəti sayır: “UEFA rəsmi sənədlərində məni Venera Kahriç Muradova kimi göstərir. Bu da onunla bağlıdır ki, Kahriçin yeni hakim olmadığı, əvvəlki Muradova olduğu bilinsin. Lakin bu həmişə belə olmaz. Çünki bütün sənədlərdə bir soyadım qalıb. Düzdür, iki soyadla yaşayan insanlar da var. Amma mən elə Kahriç soyadı ilə kifayətlənmək istəyirəm”.