Bülənt Korkmaz 400 min dollar qazanmaq üçün Bakıya gəldi
26.09.2009 - 13:19
Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq futbolçusu Bülənt Korkmaz təxminən 1 saat öncə ölkəmizə gəlib. Apasport.az saytının xəbərinə görə, veteran müdafiəçini Heydər Əliyev Beynəlxalq Hava Limanında “Bakı” komandasının rəsmiləri qarşılayıb.
Makedoniyalı çalışdırıcı Qyoko Hacıyevski istefa verdikdən sonra baş məşqçi axtarışlarına başlayan paytaxt təmsilçisinin rəhbərliyi “Böyük kapitan”la ilkin razılığa gəlmişdilər.
Onun “Bakı”da qazanacağı məbləği də açıqlanıb. Belə ki, türk mətbuatının yazdığına görə, Bülənt paytaxt klubu ilə bir illik müqavilə bağlayacaq və bunun müqabilində 400 min dollar alacaq.

0
0