Hafiz Məmmədovun şərtləri apasport.az-da!
26.09.2009 - 14:08
Bu ilin iyununda “Qalatasaray”ın baş məşqçi postundan uzaqlaşdırılan Bülənt Korkmazın “Bakı”nı çalışdırıb-çalışdırmayacağına klub rəhbərliyi ilə görüşündən sonra aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, veteran futbolçu bu gün izləyəcəyi “Bakı” - “Qarabağ” matçından sonra danışıqlar masasına əyləşəcək.
Klub prezidenti Hafiz Məmmədovun şərtləri ilə artıq tanış olan Korkmazın bu yükün altına girməkdən çəkinəcəyi də istisna deyil. O, Məmmədovun çempionat, kubok və “Birlik kuboku” turnirində “qızıl tripl” etmək şərti ilə razılaşmaq istəmir. Hər üç cəbhədə uğur qazanmağın çətinliyini başa düşən Bülənt “bir mövsüm çalışım, sonra baxarıq” prinsipi ilə şərtlərdən yaxa qurtarmağa çalışır.
Xatırladaq ki, karyerası boyu 4 klubda çalışmış məşqçi onların heç birində bütöv mövsüm keçirə bilməyib. Ən yaxşı halda, “Kayseri Ərciyəsspor”la bir mövsümün ikinci dövrəsini sona çatdırıb, növbəti birinciliyin ilk dövrəsinin ortalarında istefaya göndərilib. Digər 3 komandada isə 1 dövrədən artıq ona güvənən olmayıb.
Bülənt Korkmazın baş məşqçi karyerası

klub | oyun | Qələbə | Heç-heçə | Məğlubiyyət | Mümkün xalların faizi |
“Kayseri Ərciyəsspor | 22 | 9 | 7 | 6 | 51.5 |
“Bursaspor” | 10 | 2 | 4 | 4 | 33.3 |
“Gənclərbirliyi” | 13 | 4 | 3 | 6 | 38.5 |
“Qalatasaray” | 15 | 7 | 4 | 4 | 55.6 |
Cəmi | 60 | 22 | 18 | 20 | 46.7 |
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0