Nazim Süleymanov: “Bakı”da ciddi problemlər var
26.09.2009 - 18:20
“İlk növbədə Qurban müəllimi təbrik edirəm. Onlar bu gün layiqli qələbə qazandılar. Bu gün meydanda yalnız “Qarabağ” oynayırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Bakı”nın məşqçisi Nazim Süleymanov deyib.
Təcrübəli mütəxəssis futbolçuların meydana çox zəif təsir bağışladığını etiraf edib: “Komandada ciddi problemlər var. Məhz bu səbəbdəndir ki, çox zəif oynadıq. Oyunun gedişi göstərirdi ki, “Qarabağ” mütləq udmalıdır. Belə də oldu. Bu itirilən qızıl xalları gələcəkdə “Bakı” çox axtaracaq. Rəhbərliyə təşəkkür edirəm ki, onlar mənə belə dəstək verdilər. Amma təəssüf ki, bu etimadı doğruldub, onları qələbəylə sevindirə bilmədik”.

0
0