Bülənt Korkmaz “Bakı”ya ağız büzdü
26.09.2009 - 18:20
Bülənt Korkmaz “Bakı”ya ağız büzdü
“Bakı”nın çıxışı heç xoşuma gəlmədi. Komanda çox pis təsir bağışladı”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”la oyundan sonra jurnalistlərlə söhbətində “Bakı”nın yeni baş məşqçisi Bülənt Qorxmaz deyib.
Türkiyəli mütəxəssis “Bakı”nın futbolçularının fiziki cəhətdən pis təsir bağışladığını bildirib: “Futbolçular əsasən də fiziki cəhətdən zəif təsir bağışlayırdılar. Zamana ehtiyacım var. Komandanın durumunu yaxşılaşdırmaq üçün, daha gözəl oyun sərgiləmək üçün mütləq durmadan çalışmalıyıq”.