Biri təəssüflənir, biri sevinir
26.09.2009 - 18:59
“Komandamın göstərdiyi oyundan və alınan nəticədən razı qalmadım. Bu oyunda mütləq qalib gəlməli idik”. Apasport.az saytının xəbərinə görə, bunu “Standard”la oyundan sonra keçirilən mətbuat konfransında “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. O, ev oyununda xal itirdiklərinə görə təəssüfləndiyini və komandasının ilk “altılığ”a düşə biləcəyinə inandığını bildirib.
"Standard"ın baş məşqçisi Valdas İvanauskas isə vurğulayıb ki, oyun çox ağır keçib: “Hesabı açsaq da, sonradan məğlub vəziyyətə düşdük. Amma yekunda 2:2 hesablı bərabərliyə nail olduq. Növbəti xalımızı qazandığımıza sevinirik. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə etməyə çalışacağıq".

0
0