Ramiz Məmmədov “İnter”in futbolçularına irad tutdu
26.09.2009 - 20:38
Ramiz Məmmədov “İnter”in futbolçularına irad tutdu
UniBank Premyer Liqasının VI turunda "Qəbələ"ni qəbul edən "İnter" iki dəfə hesabda geri düşsə də, oyunun sonuna əlavə edilmiş son dəqiqələrdə vacib üç xal qazana bildi. Aapasport.az saytının xəbərinə görə, görüşdən sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin gürcü çalışdırıcısı Kaxaber Tsxadadze bildirib ki, oyunun çətin olacağını öncədən bilirmiş: “Qəbələ"nin öncəki oyunlarını izləmişdik. Bugünkü oyunu ilə "Qəbələ" sübüt etdi ki, çox güclü komandadır. Qələbə qazandığımıza və futbolçularımın həm 90 dəqiqənin sonunadək, həm də əlavə olunmuş dəqiqələrdə də axıradək mübarizə apardıqlarına sevinirəm"
Qonaq komandanın baş məşqçisi Ramiz Məmmədov isə deyib ki, çox güclü rəqiblə qarşılaşıblar: “Sonadək mübarizə apardılar. Bizim futbolçular da axıradək mübarizə apardılar. Məğlub olduğumuza təəssüflənirəm. "İnter"li futbolçulara "fair-play" qaydalarına əməl etmədiklərinə görə iradımı bildirmək istəyirəm. Əgər rəqib komandanın futbolçusu zədələnibsə, topu meydandan çıxarmaq lazımdır."

pfl.az