Alispaiç “Xəzər-Lənkəran”a uğurlar arzuladı
26.09.2009 - 20:43
Alispaiç “Xəzər-Lənkəran”a uğurlar arzuladı
UniBank Premyer Liqasının VI turunda "Xəzər-Lənkəran" Salyanın "Muğan" klubunu qəbul etdi. Apasport.az saytının xəbərinə görə, dörd oyunluq məğlubiyyətsiz oyunlar seriyasına malik hər iki komandanın mübarizəsində "Xəzər-Lənkəran" daha güclü oldu. Rəqibini 2:0 hesabı ilə məğlub edən Ağasəlim Mircavadovun yetirmələri "Muğan"ın 4 oyunluq "quru seriyası"na da son vermiş oldular.

Ağasəlim Mircavadov, "Xəzər-Lənkəran" klubunun baş məşqçisi: "Komandanın bu gün göstərdiyi oyundan və alınan nəticədən razı qaldım. Qarşıdakı oyunlarda da qələbə qazanaraq, azarkeşlərimizi yenə sevindirmək istəyirik. Qarşıda yaranacaq fasilədən səmərəli istifadə edib, Türkiyədə təlim-məşq toplanışı keçəcəyik".

Kemal Alispahiç, "Muğan" klubunun baş məşqçisi: "Bugünkü oyun çox maraqlı keçdi. "Xəzər-Lənkəran" gözəl oyun nümayiş etdirdi və qələbə qazandı. Lakin, futbolçularıma da göstərdikləri gözəl oyuna və rəqiblə başabaş mübarizəyə görə, minnətdarlığımı bildirirəm. Rəqibimizi təbrik edirəm və onlara qarşıdakı oyunlarda uğurlar arzu edirəm".