“Xəzər-Lənkəran”dan 3 nəfər qovuldu
27.09.2009 - 17:50
“Xəzər-Lənkəran”ın əvəzedici komandasının baş məşqçisi Fazil Əsədov istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, onunla yanaşı, adını dəqiqləşdirə bilmədiyimiz futbolçulardan biri də heyətdən uzaqlaşdırılıb.
Buna səbəb isə əvəzedici komandaların “Muğan”la oyununda və oyundan sonra baş verən qalmaqaldır. Belə ki, 3 gün öncə baş tutmuş həmin qarşılaşmanı idarə edən Rauf Cabbarov qonaqların qapısına haqlı penalti zərbəsini təyin etməyib. Nəticədə Lənkəran təmsilçisi doğma publika önündə 1:2 hesablı məğlubiyyətlə üzləşib. Doğma komandalarının uduzmasını həzm edə bilməyən, eləcə də hakimin oyun ərzində cənub təmsilçisinin əleyhinə bir neçə dəfə qərəzli qərar verdiyini iddia edən bir qrup azarkeş görüşdən sonra referidən qisas almaq qərarına gəliblər.
Onlar oyundan sonra baş hakimin üstünə hücum çəkiblər. İnsidentdə komandanın futbolçularından və klub rəsmilərindən biri iştirak edib ki, onlar da cəzasız qalmayıb. Məsələni araşdıran klub prezidenti Mais Mənsimovun əmri ilə adlarını dəqiqləşdirə bilmədiyimiz həmin şəxslər artıq “Xəzər-Lənkəran”dan qovulub.

0
0